
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclası çərçivəsində Astanaya səfər edən Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizin Qazaxıstandakı səfirliyini ziyarət edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti əvvəlcə səfirlikdəki Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.
Daha sonra Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov nümayəndə heyətinə diplomatik missiyanın fəaliyyəti, həmçinin Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə məlumat verib.
Səfirliyin binası ilə tanış olan general-polkovnik Kərim Vəliyev fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










