
Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan ölənlərin sayı 245-ə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Rocer Kamba İturi əyalətinin Bunia şəhərində keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, indiyədək 933 yoluxma halı qeydə alınıb, onlardan 245-i ölümlə nəticələnib.
Nazir bildirib ki, hazırda 416 xəstə xəstəxanada müalicə alır, 80 nəfər isə sağalaraq evə buraxılıb. Ölüm göstəricisi 26 faiz təşkil edir.
Kamba qeyd edib ki, xəstəliyin yayılmasının izlənməsi və erkən aşkarlanması yaxşılaşıb, həmçinin əhalinin səhiyyə sisteminə inamı artıb. Onun sözlərinə görə, “Ebola” xəstələrinin müalicəsi üçün çarpayı sayı 516-ya çatdırılıb və müalicə mərkəzləri genişləndirilir.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










