
Pakistanın Baş naziri Şahbaz Şərif İsveçrədə ABŞ və İran nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Pakistan hökumət başçısının ofisi məlumat yayıb.
Məlumata görə, görüşlər ABŞ və İran arasında keçirilən məsləhətləşmələrdən əvvəl baş tutub. Danışıqlarda Pakistan Silahlı Qüvvələrinin komandanı, feldmarşal Asim Munir də iştirak edib.
Xatırladaq ki, bundan əvvəl İran hakimiyyəti Livanda atəşkəs təmin olunmayınca ABŞ ilə sanksiyalara və İranın nüvə proqramına dair yeni danışıqlar mərhələsinə başlamayacağını bəyan etmişdi.
Hazırda ABŞ və İran nümayəndə heyətləri, eləcə də vasitəçi qismində çıxış edən Qətər və Pakistan nümayəndələri Bürgenştokdadırlar. Danışıqların bir gün ərzində keçirilməsi gözlənilir.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










