
Energetika naziri Pərviz Şahbazovla İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, dostluğa və yüksək siyasi dialoqa əsaslanan Azərbaycan-İordaniya münasibətlərinin enerji əməkdaşlığının inkişafı üçün zəmin yaratdığı vurğulanıb.
Hər iki ölkənin enerji istehsalı-ixracı və təminatı ilə bağlı vəziyyəti nəzərdən keçirilib. Neft-qaz və bərpaolunan enerji sahələrində əməkdaşlıq imkanları dəyərləndirilib. Azərbaycan və İordaniyanın müvafiq nazirlikləri arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və perspektiv əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə İşçi qrupunun yaradılmasının vacibliyi qeyd olunub.
Görüş zamanı qlobal enerji bazarlarında vəziyyətə dair fikir mübadiləsi də aparılıb.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










