Azərbaycan Suriyada 100 məktəbin bərpasına və daha 10 məktəbin yenidən inşasına dəstək verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Suriya parlamentinin hələbli deputatı Tarık Sulo Cevizcinin Bakıda “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı Forumda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Suriyada yeni dövrün başlamasından sonra yeni rəhbərliklə əlaqə quran ilk ölkələrdən biri olub. Diplomatik nümayəndələrini Suriyaya göndərərək əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu nümayiş etdirib və iki ölkə arasındakı münasibətlər yenidən qurulmasından mühüm rol oynayıb.
“Azərbaycan Suriyada iqtisadi, mədəni və sosial sahələrdə də ölkənin yanında olub. Xüsusilə enerji sahəsində göstərilən dəstək Suriyanın bərpasına və əsas xidmətlərin yaxşılaşdırılmasında töhfə verib”, – deyə o qeyd edib.
O, bu il ilk dəfə olaraq “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində suriyalı tələbələrin Azərbaycana gətiriləcəyini deyib: “Azərbaycan tərəfindən təşkil olunan yay düşərgələrinə ilk dəfə suriyalı tələbələr də dəvət edilib. Bütün bunlar Suriya ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələrinin gündən-günə daha da gücləndiyini göstərməkdədir”.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










