
İyunun 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru və Hökumətinin sədri Denis Afanasyev ilə görüşüb.
Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları, o cümlədən Həştərxan vilayəti arasında əməkdaşlığın yüksək səviyyədə olduğu məmnunluqla qeyd edilib.
Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-ticari və investisiya əlaqələrinin inkişafında müsbət dinamika xüsusi vurğulanıb, nəqliyyat, logistika, mədəni-humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi yüksək qiymətləndirilib.
Həştərxan vilayətinin Azərbaycanın işğaldan azad edilmiş Qubadlı rayonunda məktəbəqədər təhsil müəssisəsinin tikintisi layihəsini həyata keçirməsi xüsusi qeyd olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə toxunulub.
















Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir










