
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 2024–2026-cı illər üzrə sədrliyi çərçivəsində AQEM Gənclər Şurasının 9-cu iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Dövlət Himni səsləndirilib.
Daha sonra gənclər və idman naziri Fərid Qayıbov və AQEM-in baş katibi Kayrat Sarıbay çıxış edərək AQEM çərçivəsində gənclər arasında əməkdaşlığın dərinləşdirilməsinin, təcrübə mübadiləsinin və birgə təşəbbüslərin dəstəklənməsinin daha inklüziv, innovativ və dayanıqlı şəhər icmalarının formalaşmasına töhfə verəcəyini bildiriblər. Ardınca videoçarx nümayiş etdirilib.
“Dayanıqlı şəhər inkişafının təşviqində gənclərin iştirakı” mövzusuna həsr olunan tədbirdə AQEM-ə üzv 17 ölkədən ümumilikdə 120 nümayəndə iştirak edib.
Gündəliyin təsdiqindən sonra iclas öz işini gənclər və idman nazirinin müavini İndira Hacıyevanın sədrliyi ilə davam etdirib. İclas çərçivəsində nümayəndə heyətlərinin rəhbərlərinin çıxışları dinlənilib, AQEM Gənclər Şurasının 9-cu iclasının Tövsiyələr sənədi müzakirə olunub.
Günün ikinci yarısında isə “AQEM ölkələrinin gənclər arasında nitq və debat” müsabiqəsinə hazırlıq məqsədilə təlim sessiyası təşkil olunub. Sessiyada iştirakçılara debat texnikaları və Karl Popper formatı üzrə təlim keçirilib, müsabiqənin mövzusu və debat mövzuları barədə ətraflı məlumat verilib.
Müxbir – Nailə Həsənova, Lalə Minasazova
Fotoqraf – İlkin Cavanşirov
















Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb










