
Rusiyanın “Melodiya” firması Azərbaycan bəstəkarı və pianoçusu Vaqif Mustafazadənin ilk dəfə 1975-ci ildə buraxılan caz albomunun rəqəmsal versiyasını təqdim edib.
AZƏRTAC bu barədə “Melodiya” səsyazma şirkətinin məlumatına istinadla xəbər verir.
Məlumatda qeyd olunur ki, Vaqif Mustafazadə Amerika caz ənənələrini qədim muğam melodiyaları ilə mükəmməl şəkildə birləşdirib və Azərbaycan cazının banisi hesab olunur.
“Sevil” adlanan albomda Bakı və Xəzər dənizinə həsr olunmuş əsərlər yer alır. Mərkəzi kompozisiya olan “Sevil” musiqiçinin özünün rəhbərlik etdiyi Azərbaycan Televiziya və Radiosunun eyniadlı vokal və instrumental ansamblına həsr olunub.
Şirkət, həmçinin qeyd edib ki, amerikalı musiqi tənqidçisi Uitni Balliet Vaqif Mustafazadəni caz tarixində “ən lirik pianoçu” adlandırıb. İsveçli musiqiçi Benqt Yohansson isə onun musiqisini “Min bir gecə” nağılları ilə müqayisə edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
















Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər











