ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gecə 1/8 final mərhələsinə 2 oyunla yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, əvvəlcə son dünya çempionu Argentina millisi Misirlə üz-üzə gələcək. Atlanta stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
İyulun 8-nə keçən gecə isə İsveçrə millisi Kolumbiya seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək. Vankuver şəhərində yerləşən “BC Place” stadionunda keçiriləcək qarşılaşma saat 00:00-da start götürəcək. Bununla da 1/4 finalın sonuncu cütlüyü bəlli olacaq.
Qeyd edək ki, daha əvvəl Mərakeş, Fransa, İngiltərə, Norveç, İspaniya və Belçika milli komandaları 1/4 finala vəsiqə qazanıblar.
Mundiala iyulun 19-da yekun vurulacaq.
















Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər











