Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 624 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib. Yanvar-iyun ayları ərzində dövlət büdcəsinin gəlirləri 19 milyard 179,4 milyon manat təşkil edib ki, bu da proqnozu 350,5 milyon manat və ya 1,9 faiz üstələyib.
Birinci yarımildə dövlət büdcəsinin xərcləri 17 milyard 230,6 milyon manat proqnoza qarşı 16 milyard 775,5 milyon manat məbləğində icra edilib ki, bu da 97,4 faiz təşkil edir.
Bu ilin yanvar-iyun ayları ərzində icmal büdcənin gəlirləri 24 milyard 414,1 milyon manat, xərcləri isə 19 milyard 824,4 milyon manat məbləğində icra olunub.
















Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər











