
DOST modelinin Moldovada pilot mərhələdə tətbiqi işlərinə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bununla bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Moldovanın Sosial Sığorta üzrə Milli Kassasının direktoru Yelena Tibirna və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov imzalayıblar.
Görüşdə iki qurum arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. DOST modelinə maraq göstərən ölkələrdən biri olan Moldovada bu modelin tətbiqinə dəstək olaraq Moldovanın Sosial Sığorta üzrə Milli Kassası ilə müvafiq sahədə təcrübəmizin bölüşülməsi üçün aparılan birgə işlərdən bəhs olunub.
Yeni sənədin bu istiqamətdə işlərin uğurla davam etdirilməsinə, əməkdaşlığın daha da genişləndirilməsinə xidmət etdiyi bildirilib.
İmzalanan yeni Memorandumda da DOST təcrübəsinin öyrənilməsi və “Bir pəncərə” prinsipi əsasında sosial xidmətlərin təşkili üzrə əməkdaşlığın gücləndirilməsi, həmçinin müasir sosial xidmət sistemlərinin inkişafı istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.
Sənəddə əməkdaşlıq çərçivəsində DOST modelinin komponentlərinin Moldovanın sosial təminat sisteminə tətbiqi üzrə pilot mərhələlərin həyata keçirilməsi, bu sahədə institusional və texniki dəstək mexanizmlərinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi əksini tapır.
Müxbir – Göyçək Mahmudlu
Fotoqraf – Nicat Haşımov
















Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb
Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib











