
Şuşa şəhərində keçiriləcək “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Qlobal Media Forumunun iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtına səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, Forum iştirakçıları təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Buradan onlar Şuşa şəhərinə yola düşəcəklər.
Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edəcək. Şuşa Qlobal Media Forumu indiyədək keçirilən tədbirlər çərçivəsində 81 ölkədən 600-ə yaxın nüfuzlu media nümayəndəsini, eksperti və rəsmi şəxsi bir araya gətirərək qlobal media gündəliyinin müzakirə olunduğu aparıcı beynəlxalq platformalardan biri kimi mövqeyini möhkəmləndirib.
Forum iyulun 14-dək davam edəcək.
Müxbirlər – Aytac Haqverdiyeva, Gülay Nəzərova
Fotomüxbir – Səfiyar Məcnun
Videooperatorlar – Namiq Abdullayev, Vüsal Tağıyev
















Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb











