
Xalq rəssamı, Əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı Oqtay Sadıqzadənin “Xurşidbanu Natəvan” (1983) əsəri əvvəlki portretlə müqayisədə daha monumental xarakter daşıyır. Natəvan kresloda əyləşmiş vəziyyətdə təsvir olunmuşdur. Onun duruşunda xüsusi arxayınlıq və mənəvi güc hiss edilir.
Kompozisiyada fiqurun iri planda verilməsi Natəvanın şəxsiyyətini ön plana çıxarır. Burada tamaşaçı, ilk növbədə, onun simasına və baxışlarına diqqət yetirir. Əlinin üzünə söykənməsi düşüncə vəziyyətini ifadə edir. Bu jest XIX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsinin daxili aləmini açmaq üçün seçilib.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov deyib.
A.Xəlilov diqqətə çatdırıb ki, əsərdə Natəvan sanki öz şeirləri və həyat yolu haqqında düşünür. “Tünd fon rəsmin işıqlı hissələrini daha da qabarıq göstərir. Bu üsul klassik Avropa portret rəngkarlığının təsirini xatırladır. Rəssam Natəvanı həm milli, həm də ümumbəşəri mədəniyyət kontekstində təqdim etməyə çalışmışdır. Əsərin əsas üstünlüyü onun psixoloji dərinliyindədir. Burada xarici gözəllikdən çox daxili zənginlik nümayiş etdirilir”, – deyə o əlavə edib.
Müxbir – Fidan Əlizadə
15.07.2026, AZƏRTAC
















Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb











