SOCAR-ın operatoru olduğu Özbəkistanın “Üstyurt” geoloji-kəşfiyyat layihəsi üzrə çöl seysmik işləri uğurla başa çatdırılıb.
Bu barədə SOCAR-dan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən müəyyənləşdirilən siyasətə uyğun olaraq, “Üstyurt” layihəsi üzrə işlər uğurla həyata keçirilir. 2025-ci ilin dekabr ayında “Üstyurt” geoloji-kəşfiyyat layihəsinə start verilib. Bu müddət ərzində sərt iqlim və məhdud kommunikasiya imkanlarına baxmayaraq, SOCAR-ın operatorluğu ilə çöl seysmik işləri uğurla həyata keçirilib”, – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, layihə regionda yeni texnologiyaların tətbiqi, ətraf mühitin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun aparılıb.
Xatırladaq ki, 2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və “Özbəkneftqaz” SC Üstyurd neft-qaz regionunun investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan Hasilatın Pay Bölgüsü Sazişini (HPBS) imzalayıb.
HPBS-də iştirak payları belədir: bp – 40 faiz, “Uzbekneftegaz” SC – 30 faiz və SOCAR (operator) – 30 faiz.
Müxbir – Vüsalə Səfərova
















Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb











