
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin onun haqqında səsləndirdiyi fikirlərinin yer aldığı məqaləni özünün “Truth” sosial şəbəkə hesabında paylaşıb.
AZƏRTAC xəbər verir ki, geniş məqalə “Breitbart”də dərc olunub.
“Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampı sülh adamı adlandırdı və Ermənistan-Azərbaycan razılaşmasını onun xidmətləri ilə əlaqələndirdi” başlıqlı məqalədə Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərə yer verilib. Məqalədə Prezident İlham Əliyevin Prezident Donald Tramp və onun komandasının Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəliləməsinə mühüm töhfə verdiyini, Trampı isə sülh insanı kimi xarakterizə etdiyi vurğulanıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu açıqlamaları IV Şuşa Qlobal Media Forumunda beynəlxalq media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirilib.
















Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb











