
Belarusda rəsmi səfərdə olan Azərbaycanın müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra hərbi obyektləri ziyarət edib.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan nümayəndə heyəti Belarus Silahlı Qüvvələrinin aviabazasında və əlahiddə desant-hücum briqadasında olub. Burada Xüsusi Əməliyyat Qüvvələrinin və radioelektron mübarizə bölmələrinin silahlanmasında olan hərbi və xüsusi texnikalarla tanışlıq keçirilib.
Plana uyğun olaraq general-polkovnik Kərim Vəliyev Pilotsuz Aviasiya Komplekslərinin Tətbiqi və Hazırlığı Mərkəzinə, həmçinin Dövlət Hərbi-Sənaye Kompleksinin müəssisəsinə baş çəkib. Mərkəzin fəaliyyəti ilə tanışlıqdan sonra nümayəndə heyətinə pilotsuz aviasiya kompleksləri operatorlarının hazırlığı və trenajorlarda iş prinsipləri barədə məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Minsk şəhərində Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin büstünü də ziyarət edib, önünə gül dəstəsi qoyaraq onun xatirəsini ehtiramla anıb.
















Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb











