
Bu gün Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illiyinə həsr olunmuş Media və Analitik Mərkəzlər Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, “Kabar” və Çinin “Sinxua” agentliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 25 ölkədən 200-ə yaxın nümayəndə iştirak edir.
Forumda Azərbaycandan AZƏRTAC, Medianın İnkişafı Agentliyi və “Trend” İnformasiya Agentliyinin nümayəndələri təmsil olunurlar.
“Kabar” agentliyinin direktoru Mederbek Şermetaliyev bildirib ki, forumun əsas məqsədi aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və ekspertləri arasında təcrübə mübadiləsinin aparılmasıdır. Onun sözlərinə görə, tədbir çərçivəsində hər hansı rəsmi sənədin imzalanması nəzərdə tutulmur. Əsas məqsəd peşəkar dialoqun qurulması və səmərəli təcrübələrin paylaşılmasıdır.
İclaslarda müasir media mühitinin əsas çağırışları – rəqəmsal texnologiyaların inkişafı, kibertəhlükəsizlik, süni intellektin tətbiqi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, eləcə də ŞƏT çərçivəsində informasiya təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











