ABŞ-nin “Apple” korporasiyası bazar kapitallaşmasına görə “Nvidia” şirkətini geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti olub.
AZƏRTAC xəbər verir ki, Nasdaq birjasında “Apple” səhmləri 1,17 faiz bahalaşaraq 336,91 dollara yüksəlib. Eyni vaxtda “Nvidia”nın səhmləri 4,99 faiz ucuzlaşaraq 196,51 dollara düşüb.
Nəticədə “Apple”in bazar kapitallaşması 4,95 trilyon dollara, “Nvidia”nın isə 4,76 trilyon dollara çatıb. İlk beşlikdə, həmçinin “Alphabet”, “Microsoft” və “Amazon” şirkətləri yer alıb.
“Bloomberg”in məlumatına görə, “Apple”nin yenidən liderliyə yüksəlməsi texnologiya sektoruna investisiya axınının artması və “Nvidia” səhmlərinin ucuzlaşması ilə əlaqədardır.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











