Prezident İlham Əliyev Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, Rusiya tərəfinin Suriyadakı vətəndaş münaqişəsinin həllinə yanaşması özünü doğruldur
Terrorçuluğa yalnız bütün dünya ictimaiyyətinin, aparıcı ölkələrin birgə səyləri ilə qalib gəlmək mümkündür. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Sputnik Azərbaycan-a müsahibəsində deyib. Prezident bildirib ki, Rusiya tərəfinin Suriyadakı vətəndaş münaqişəsinin həllinə yanaşması özünü doğruldur.
“Bu gün təəssüf ki, biz belə birgə səyləri görmürük və belə olan halda Rusiya tərəfinin yanaşması tam özünü doğruldur. Rusiya bəyan edir ki, terrorçulara, ekstremislərə, radikallara qarşı səyləri birləşdirmək lazımdır”, — deyə prezident bildirib. Dövlət başçısından müsahibəni “Rossiya seqodnya” BİA-nın baş direktoru Dmitri Kiselyov alıb.
Əliyevin fikrincə, terrorçuları “yaxşılara və pislərə” bölmək düzgün deyil. “Gec-tez bu məsələ bumeranq olacaq – tarix bunu dəfələrlə sübut edib. Lakin hələlik bu istiqamətdə konsensus görmürük, bu isə əlbəttə ki, çox həyəcanvericidir”, — deyə agentliyin həmsöhbəti vurğulayıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










