Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 yanvar tarixli Sərəncamının icrası, eyni zamanda, Ermənistan hərbçiləri və terrorçu-quldur birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməllərinin ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində silsilə tədbirləri davam etdirir.
Komissiyadan AZƏRTAC-a bildiriblər ki, Türkiyədə fəaliyyət göstərən və uydurma “erməni soyqırımı” iddialarına qarşı elmi əsaslarla mübarizə aparan “Tələt Paşa” Komitəsi ilə əməkdaşlıq çərçivəsində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Türkiyənin və Azərbaycanın ictimai-siyasi xadimlərinin, tanınmış elm adamlarının, diplomatların və Xocalı soyqırımı şahidlərinin iştirakı ilə fevralın 25-də Ankarada konfrans keçiriləcək. Bundan başqa, faciə ilə əlaqədar televiziya kanallarında ayrıca veriliş hazırlanacaq.
Həmçinin Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ilə birlikdə fevralın 17-də “Qaradağlıdan Xocalıya” mövzusunda “dəyirmi masa” keçiriləcək. “Dəyirmi masa” 1992-ci ilin fevralında Xocavənd rayonunun Qaradağlı kəndində və Xocalı şəhərində törədilmiş soyqırımı aktlarına həsr ediləcək. Tədbirdə ictimai xadimlərin və alimlərin, Dövlət Komissiyasının üzvlərinin və əməkdaşlarının iştirakı nəzərdə tutulub.
Bununla yanaşı, Dövlət Komissiyasının üzvləri və əməkdaşları xaricdə, həmçinin ölkə daxilində təşkil olunacaq bir sıra tədbirlərdə və anım mərasimlərində iştirak edəcək, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayət əməlləri barədə ictimaiyyəti məlumatlandıracaqlar.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











