“Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət narahatlıq doğurur”.
APA-nın məlumatına görə, bunu bu gün ATƏT Parlament Assambleyasının (PA) qış sessiyasında ATƏT baş katibi Lamberto Zanyer bildirib.
L. Zanyer deyib ki, Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb, vəziyyəti dəyərləndirib: “Ötən il orada böyük eskalasiya baş verdi. Lakin bu il həmin ərazidə hələ də ağır silahlar var və bu, dinc insanların ölümünə səbəb olur. Ötən il atəşkəsdən sonra ən çox qurban verildiyi il olub. Biz bundan xəbərdarıq və narahatıq. Siyasi proseslərdə impulsa ehtiyac var. Problem ondadır ki, mən bu impulsu görmürəm. Biz monitorinq aparanların sayını artırmaqla bu prosesə kömək etməyə çalışırıq. Biz daha çox iş görməyə hazırıq. Hətta insidentlərin araşdırılması mexanizmini işə salmağa çalışırıq. Amma hətta bunun üçün belə tərəflərin razılığına ehtiyac var”.

















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










