“NATO Gürcüstanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bunu müxtəlif səviyyəli bəyanatlardan da aydın görmək olur. Yaxın vaxtlarda Gürcüstanda NATO Parlamentlər Assambleyasının toplantısı keçiriləcək. Bütün bunlar NATO ilə Gürcüstan arasında sağlam təməllərə dayanan əlaqələrin inkişaf etdiyini göstərir. Azərbaycan isə NATO-nun ortağıdır”.
Bunu APA-nın Gürcüstan müxbirinə açıqlamasında NATO baş katibinin müavini Tacan İldem deyib.
O bildirib ki, NATO ilə Azərbaycan arasında əlaqələri yönləndirən bir çərçivə var: “Əlaqələr bu çərçivə əsasında inkişaf etməkdədir”.
Dağlıq Qarabağ münaqişəsinə toxunan T. İldem münaqişəsinin həlli ilə Minsk qrupunun məşğul olduğunu bildirib: “NATO Dağlıq Qarabağ prosesinin həlli məsələsinə qarışa bilməz. Münaqişənin həlli prosesi Minsk qrupuna aiddir, münaqişəsinin tənzimlənməsinə bu qrup cavabdehdir”.
NATO baş katibinin müavini “Ermənistanla Azərbaycan arasında müharibə başlayarsa, NATO-nun rolu necə olacaq” sualını da cavablandırıb: “Biz NATO olaraq gücdən istifadəyə qarşıyıq. Bu səbəbdən müharibə olacağı ehtimalını düşünmək belə istəmirik. Bu problemlərin, ixtilafların sülh yolu ilə həllini beynəlxalq təşkilatlar da dəstəkləyir. NATO-nun mövqeyi də eynidir”.
Diplomat gələn ay Bakıya səfəri zamanı mövzu ilə bağlı daha geniş açıqlamalar verəcəyini bildirib.

















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











