Mayın 8-də Azərbaycanın Braziliyadakı səfirliyində Katolik Universitetində hüquq təkmilləşdirmə kurslarında iştirak edən, bu ölkənin müxtəlif regionlarında prokurorluq sistemində çalışan 14 əməkdaş və universitetin professor-doktoru Leyla Bijos ilə görüş keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri, eləcə də Azərbaycan iqtisadi, xarici siyasəti, həyata keçirilən regional və beynəlxalq layihələr haqqında məlumat verilib. Səfir Elxan Poluxov və iştirakçılar Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistana qarşı qəbul etdiyi qərarı müzakirə ediblər. Səfir E.Poluxov braziliyalı hüquqşünasların çoxsaylı suallarını cavablandırıb.
Sonra ölkəmiz haqqında qısa film nümayiş olunub.



















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










