NATO Parlament Assambleyasının sədri Paolo Alli Tiflisdə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ilə görüşüb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, NATO Parlament Assambleyasının yaz sessiya çərçivəsində keçirilən görüşdə P. Alli Gürcüstanın Avropa və Avroatlantik məkana tam inteqrasiyasını dəstəklədiyini bildirib. O qeyd edib ki, regionda sabitliyin bərqərar olması NATO-nun əsas məqsədlərindən biridir. P. Alli Gürcüstanın nəinki regional, həm də qlobal təhlükəsizlik məsələlərində böyük rol oynadığını bildirib.
Görüşdən sonra keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandıran İ. Kobaxidze bildirib ki, Avroatlantik strukturlara inteqrasiya Gürcüstanın əsas prioritetlərindən biridir. O qeyd edib ki, NATO PA-nın yaz sessiyasının Tiflisdə keçirilməsi bu prosesi daha da sürətləndirəcək. P. Alli isə NATO PA-da müzakirə olunacaq məsələlərin əhəmiyyətini önə çəkərək qəbul olunacaq sənədin və tövsiyələrin bütün ölkələr üçün vacib olduğunu bildirib.
Qeyd edək ki, NATO PA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyəti də iştirak edir. Ölkəmizi Milli Məclis sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edir.
http://www.apa.az/dunya-xeberleri/avropa-olkeleri-xeberleri/paolo-ali-cenubi-qafqazda-sabitliyin-berqerar-olmasi-nato-nun-esas-meqsedlerinden-biridir-5219.html
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











