ATƏT-in Minsk qrupu həmsədrləri təcili olaraq Azərbaycan və Ermənistanı hərbi əməliyyatları dayandırmağa çağırır.
APA-nın məlumatına görə, bu barədə həmsədrlərin ötən gün Füzuli rayonunun Alxanlı kəndində yenidən zorakılıq hallarının baş verməsi nəticəsində dinc sakinlər də daxil olmaqla itkilərin yaşanmasına dair bəyanatında deyilir.
“Zorakılıq yalnız sonrakı zorakılığı gətirir və heç nə vermir. Uzun müddətdir, davam edən bu münaqişənin həllinin yeganə məsuliyyətli və humanitar yolu tərəflərin xoş niyyətlə danışıqlar masasına qayıtmasıdır”, – deyə bəyanatda bildirilir.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.
1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.
http://www.apa.az/dagliq_qarabag/hemsedrler-tecili-olaraq-azerbaycan-ve-ermenistani-herbi-emeliyyatlari-dayandirmaga-cagirir-3423.html

















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











