İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının baş katibi, professor Mahmud Erol Kılıç Ermənistan ordusunun Azərbaycanın Fizuli rayonunun Alxanlı kəndində dinc sakinləri atəşə tutması ilə bağlı bəyanat verib.

Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bəyanatda iyulun 4-də Azərbaycan Respublikasının Fizuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat hərəkətləri, 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın həlak olmaları, habelə daha bir mülki vətəndaş Sərvinaz Quliyevanın yaralanması və bir sıra mülki obyektlərin zərər görməsi ilə nəticələnən cinayət əməlləri kəskin şəkildə qınanılır.
Sənəddə İƏT Pİ-nin baş katibi həlak olanların ailəsinə başsağlığı verir, Azərbaycan xalqı, Parlamenti və Hökuməti ilə həmrəy olduğunu bildirir.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










