Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov Rusiyanın və Gürcüstanın arxiv və kitabxanalarında XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişələrinə dair araşdırmalar aparıb, əhəmiyyətli elmi faktlar və mənbələr əldə edib.
AZƏRTAC-a müsahibəsində Fərhad Cabbarov bildirib ki, Rusiyanın və Gürcüstanın arxiv və kitabxanalarında XX əsrin əvvəllərində, xüsusilə 1905-1906-cı illərdə erməni-azərbaycanlı münaqişələri haqqında olduqca önəmli materiallar qorunub saxlanılır. “Həmin arxiv və kitabxanalardan əldə etdiyim çoxlu elmi mənbələr və əvvəllər apardığım tədqiqatlar əsasında “Cənubi Qafqazda erməni ekstremizmi: XIX əsrin II yarısı – XX əsrin əvvəlləri” adlı monoqrafiya yazıb çapa hazırlamışam”, – deyə alim bildirib.
Yaxın günlərdə nəşr olunacaq kitabın elmi redaktoru, akademik Nailə Vəlixanlıdır.

















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










