“Biz Dağlıq Qarabağ ərazisini İslam torpaqlarının bir parçası və Azərbaycana aid torpaq bilirik”.
Bu sözləri APA-nın Tehran müxbirinə açıqlamasında İran parlamentinin Urmiyadan olan üzvü Seyid Hadi Bahaduri İran mətbuatında qondarma “DQR”-in “xarici işlər naziri” Masis Mailyanın müsahibəsinə münasibət bildirərkən deyib.
H. Bahaduri M. Mailyanın fikirlərini tənqid edərək bildirib ki, onun bu addımı qərəzli, düşüncəsiz və qeyri-diplomatikdir: “Mən rəsmi şəkildə işğal olunmuş ərazilərdə hər hansı fəaliyyətin, artıq hərəkətlərin olmasını pisləyirəm və ölkənin aidiyyəti qurumlarından gözləyirəm ki, bu sahədə addımlar atsınlar. “Şərq” qəzeti də ölkənin milli təhlükəsizliyinin əksinə davranaraq demokratiya adı ilə problem yaratmamalıdır”.
H. Bahaduri İran və Azərbaycan arasındakı mövcud əlaqələrə toxunaraq deyib ki, xüsusilə iqtisadi sahədə əməkdaşlıq perspektivləri böyükdür və bu əməkdaşlıq gücləndirilməlidir: “İqtisadi və təhlükəsizlik baxımından əməkdaşlığı inkişaf etdirmək hər iki ölkənin xeyrinədir. Azərbaycanda əməkdaşlıq üçün geniş potensial var”.
Qeyd edək ki, İranda islahatçılar düşərgəsinə yaxın olan “Şərq” qəzeti şənbə günü qondarma “DQR”in “xarici işlər naziri” Masis Mailyanın müsahibəsini dərc edib.

















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










