Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, iki ölkə prezidentləri arasında yüksək səviyyədə qarşılıqlı etimadın mövcud olduğunu bildirdi və bunun əlaqələrimizin genişlənməsində xüsusi rol oynadığını dedi. Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycan Respublikasının Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən ümumi tarixi-mədəni dəyərlərə mailik olduğumuz Şimali Qafqaz regionu və eləcə də Qaraçay-Çərkəz Respublikası ilə sıx əməkdaşlığının həyata keçirilməsinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfə verdiyini dedi. Dövlətimizin başçısı Azərbaycan ilə Rusiyanın müxtəlif regionları arasında əlaqələrin uğurlu inkişafında ötən il iki ölkə prezidentlərinin iştirakı ilə Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunun önəmini qeyd etdi. Prezident İlham Əliyev Raşid Temrezovun ölkəmizə səfərinin səmərəli və uğurlu keçəcəyinə əminliyi ifadə etdi.
Azərbaycan Prezidenti ilə görüşdən böyük məmnunluq duyduqlarını deyən Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezov Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafında regionlararası qarşılıqlı fəaliyyətin rolunu qeyd edərək, bu gün Bakıda biznes nümayəndələri arasında keçiriləcək görüşün əhəmiyyətini vurğuladı. O bildirdi ki, Rusiyanın Qaraçay-Çərkəz regionu ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün qarşılıqlı maraq mövcuddur və bunun üçün yaxşı imkanlar var. Raşid Temrezov mədəni və humanitar əlaqələrin də yüksək səviyyədə olduğunu bildirərək, bunun münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini vurğuladı.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











