Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə İslam Təşkilatı (ISESCO) bəyanatla çıxış edib. Sənəddə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində Sərsəng su anbarından kanal çəkilişi ilə bağlı hərəkətləri pislənilir.

AZƏRTAC xəbər verir ki, ISESCO Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində yeni su kanalı çəkilməsi cəhdlərini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirir.
ISESCO-nun baş direktoru Əbdüləziz əl-Tuveycri bildirib ki, Ermənistanın bu ekspansionist planı Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyəti dəyişməyə və ISESCO-nun üzvü olan Azərbaycan Respublikasının təbii ehtiyatlarının talan edilməsinə yönəlib. Baş direktor bunu xüsusi mülkiyyət və dövlət mülkiyyəti hüquqlarının, habelə beynəlxalq hüququn, o cümlədən Dördüncü Cenevrə Konvensiyasında təsbit olunmuş “işğalçı dövlət işğal edilmiş ərazilərdə mülki şəxslərin müdafiəsini təmin edir” müddəasının pozulması hesab edir.
ISESCO-nun baş direktoru beynəlxalq birliyə və beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciətlə Ermənistanı öz iqtisadiyyatını Azərbaycanın təbii ehtiyatlarından istifadə edilməsi hesabına inkişaf etdirməyə yönəlmiş ekspansionist planından və etnik təmizləmə siyasətindən əl çəkməyə, dünyanın bu mühüm regionunda sülhün və təhlükəsizliyin bərqərar olması məqsədilə Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini dərhal azad etməyə məcbur etməyə çağırıb.
Nigar Cəfərli
AZƏRTAC–ın xüsusi müxbiri
Rabat
















Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub











