zərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı BMT İnkişaf Proqramının ölkəmizdə iyirmi ildən artıq bir dövrdə uğurla fəaliyyət göstərdiyini qeyd edərək, xüsusilə Azərbaycanın müstəqilliyinin ilk illərində bu Proqramın və BMT-nin digər ixtisaslaşmış təsisatlarının ölkəmizə dəstəyinin yüksək qiymətləndirildiyini vurğuladı.
Xanım Miryana Eqqer Azərbaycanın yüksək göstəricili orta gəlirli ölkələr sırasında olduğunu qeyd edərək BMT İnkişaf Proqramının Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu bildirdi. O, BMT İnkişaf Proqramının iqtisadi şaxələndirmə, xırda və orta sahibkarlığın inkişafı və Azərbaycan üçün prioritet olan digər sahələrdə ölkəmizlə uzunmüddətli tərəfdaşlığa hazır olduğunu dedi.
Görüşdə ölkəmizin beynəlxalq humanitar layihələrə verdiyi töhfənin əhəmiyyəti qeyd olundu, bu sahədə Azərbaycan və BMT İnkişaf Proqramı arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










