Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyanın Baş nazirinin müavini xanım Ana Birçalla görüşü olub.

AZƏRTAC xəbər verir ki, xanım Ana Birçal Rumıniya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdıraraq bildirdi ki, bu görüş ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar və fürsətlər yaradır. O qeyd etdi ki, bu il Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlığın qurulmasının 10 illiyi qeyd olunur.
Dövlətimizin başçısı, öz növbəsində, onun salamlarının Rumıniyanın Prezidentinə və Baş nazirinə çatdırılmasını xahiş etdi. Prezident İlham Əliyev qeyd etdi ki, xanım Ana Birçalın Azərbaycan ilə Rumıniya arasında əlaqələrin inkişafına verdiyi şəxsi töhfələr və dəstək ölkəmizdə yüksək qiymətləndirilir. Dövlətimizin başçısı dedi ki, ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə də iqtisadi-ticari əməkdaşlığın təşviqi üçün böyük imkanlar var.
Ana Birçal bildirdi ki, keçən il hökumətlərarası müştərək komissiyanın iclası çox məhsuldar olub və bu komissiya ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından da mühüm rol oyanır.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrinə toxunuldu və ölkələrimizin bir-birini dəstəkləməsi yüksək qiymətləndirildi. Həmçinin bu günlərdə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi və burada da nəqliyyat sahəsinin inkişaf etdirilməsinin vacib məsələ olduğu qeyd edildi.
Dövlətimizin başçısı Cənub Qaz Dəhlizinin Məşvərət Şurasında Rumıniyanın iştirakı məsələsinə də toxundu.
Ana Birçal Rumıniyanın Avropa İttifaqı Şurasına sədrlik etdiyi dövrdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişlənməsini yaxından dəstəklədiyini bildirdi.
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











