
ABŞ-ın MerilEnd ştatının qubernatoru Ves Mur Novruz bayramı ilə bağlı bəyanat imzalayıb.
AZƏRTAC-ın məlumatına görə, bəyanatda Novruzun yazın gəlişinin və təbiətin yenilənməsinin qeyd edildiyi qədim və şən bayram olduğu bildirilir. Vurğulanır ki, bu bayram 3 min ildən artıqdır qeyd olunur və dünyada milyonlarla insan tərəfindən tanınır. Novruz sülh, yenilənmə və mədəni birliyin simvolu kimi xarakterizə edilir.
“Bütün dünyada Azərbaycan icmaları Novruz bayramını ənənələrlə, o cümlədən xeyrin şər üzərində qələbəsini simvolizə edən tədbirlərlə, musiqi, rəqslər, bayram süfrələri və mədəni fəaliyyətlərlə qeyd edirlər. Merilend ştatı azərbaycanlılar da daxil olmaqla dövlətimizin mədəni, sosial və iqtisadi quruluşuna əhəmiyyətli töhfə verən icmalara ev sahibliyi etməkdən qürur duyur. Novruzun qeyd olunması bizim azərbaycanlı amerikalılar və onların icmaları ilə dostluq əlaqələrimizi gücləndirir. Biz Novruzu tanıyaraq onu qeyd etməklə Azərbaycanın zəngin mədəni irsinə hörmətlə yanaşır və təbliğ edirik”,- deyə bəyanatda bildirirlir.
Ştat qubernatoru bəyanatda 20 martı Merilenddə Novruz günü elan edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









