ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Darem və Apeks şəhərlərinin merləri 26 fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Mitç Kolvin, Eleyn M. O’Nil və Jak Qilbertin imzaldıqları bəyannamələrdə Apeks, Darem, Fayetvill şəhərlərində, eyni zamanda, dünyada yaşayan Azərbaycan icması tərəfindən hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinin dərin hüzn, kədər hissi ilə yad edildiyi qeyd olunub.
Sənədlərdə Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və mədəni irsinin bu şəhərlərdəki təbliğinə Azərbaycan Dostluq Təşkilatının töhfə verdiyinə diqqət cəlb edilib.
Qeyd edək ki, bəyannamələr Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul olunub.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









