ABŞ Azərbaycan ərazilərinin minalardan təmizlənməsi işində fəal kömək edir. Birləşmiş Ştatlar Azərbaycan ərazilərinin minalardan təmizlənməsi və insanların minalardan zərər görməməsi üçün minatəmizləmə fəaliyyətlərinə 500 min ABŞ dolları vəsait ayırıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Lənkəranda səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger deyib.
“Məmnuniyyətlə bildirmək istəyirəm ki, ABŞ-ın Marşal İrsi İnstitutu (Marshall Legacy Institute) Azərbaycan hökuməti ilə minaları aşkarlayan itlərin verilməsi barədə razılığa gəlib. Ümumilikdə, Azərbaycana 300 belə itin verilməsi nəzərdə tutulur. Bu vaxta kimi isə 20 it Azərbaycan tərəfinə təqdim edilib. Azərbaycanda minaların təmizlənməsinə böyük ehtiyac var. Azərbaycan dünya üzrə ərazisi minalarla ən çox çirklənmiş 10 ölkədən biridir. Çox şadam ki, ABŞ ilə yanaşı, digər beynəlxalq tərəfdaşlar da Azərbaycanın bu humanitar ehtiyacına öz köməklərini göstərirlər”.
Qeyd edək ki, bu gün ABŞ səfirinin Lənkərana səfəri çərçivəsində Amerika Guşəsi də açılıb. Bununla da Azərbaycanda fəaliyyət göstərən bu cür guşələrin sayı 7-yə çatıb.
















Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb











