ABŞ Prezidenti Donald Trampın İranda müharibə aparmaq səlahiyyətini məhdudlaşdırmağı hədəfləyən qətnamə Senatda keçirilən səsvermə zamanı dördüncü dəfə rədd edilib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, aprelin 15-də ABŞ senatorlarının əksəriyyəti Donald Trampın İrana qarşı hərbi kampaniyasını dəstəkləyərək, Konqres tərəfindən hərbi əməliyyatlara icazə verilənə qədər münaqişəyə son qoyulmasını hədəfləyən qətnaməyə qarşı səs verib.
Demokratlar partiyasının üzvləri tərəfindən təqdim edilən sənədin lehinə qırx yeddi senator, əleyhinə isə 52 senator səs verib.
Qətnamənin tərəfdarları iddia edirlər ki, Amerika lideri fevralın 28-də İsrailin tərəfində müharibəyə başlamaqla Konstitusiya səlahiyyətlərindən kənara çıxıb.
Lakin Ağ Ev və Konqresdəki demək olar ki, bütün respublikaçılar Trampın hərəkətlərinin qanuni olduğunu və baş komandan qismində məhdud hərbi əməliyyatlar əmri verməklə ABŞ-ni müdafiə etmək üzrə öz səlahiyyətlərinə uyğun addım atdığını iddia edirlər.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










