
Ağdərə şəhərində 190, Xocalı şəhərində 56, Malıbəyli və digər kəndlərdə isə 120 yaşayış evinin tikilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin həmkarlar ittifaqı komitəsinin sədri Həmid Mehdiyev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirələrində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Suqovuşanda 5 ədəd 5 mərtəbəli bina tikilir və artıq işlər yekunlaşmaq üzrədir.
“Xankəndi şəhərində fəaliyyət göstərən 5 mindən artıq dövlət və qeyri-dövlət qurumlarının əməkdaşları yaşayış yerləri ilə təmin olunublar. Bununla yanaşı, Xankəndi şəhərinin də Baş Planı yekunlaşmaq üzrədir. Xankəndidə yaşayış sahələri ilə yanaşı, istirahət kompleksləri də tikilir”, – deyə Həmid Mehdiyev bildirib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










