İşğaldan azad olunan Ağdam rayonunun Gülablı kəndində məskunlaşan erməni əsilli mülki vətəndaşlar yaşayış yerlərindən şəxsi əşyalarını çıxarmaq üçün Azərbaycan Ordusunun hərbi qulluqçularına müraciət ediblər.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bununla bağlı yayılan videoda hərbi qulluqçularımızın azad edilmiş torpaqlarımızda məskunlaşan ermənilərin yaşayış yerlərindən əşyalarının təxliyəsi və onların təhlükəsizliklərinin təmin edilməsi məqsədilə beynəlxalq humanitar hüququn norma və prinsiplərinə, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının müddəalarına uyğun olaraq zəruri humanitar dəstək göstərmələrinə dair görüntülər yer alıb.
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










