
Ağdam Sənaye Parkında yerləşən “Metkons” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunda Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyaları tətbiq edilib. Ümumi investisiya dəyəri 3,9 milyon manat olan zavodda yüngül metal konstruksiyalar, məhəccərlər, mənzil giriş qapıları, havalandırma kanalları, yanğın dolabları və digər məhsullar istehsal edilir.
“Metkons” MMC-nin istehsalat rəhbəri Xəyal Quliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, zavodda istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsi üçün nəzərdə tutulub. Hazırda zavodun məhsulları işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında istifadə olunur. Hədəf gələcəkdə Azərbaycanın bütün bölgələrini zavodun məhsulları ilə təmin etməkdir.
Zavodda 50 nəfər işlə təmin olunub. Onların əsas hissəsi yerli sakinlərdən ibarətdir. Gələcəkdə işçilərin sayının 90 nəfərə çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, “Metkons” MMC 2022-ci ilin aprelində Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Ağdam Sənaye Parkında “Metkons” MMC-nin havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunun açılışında iştirak edib.
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











