Bu günədək 600-ə yaxın Azərbaycan vətəndaşı ölkəyə repatriasiya edilib. Onların 515-i uşaq, 74-ü qadın, 2-si isə kişidir.
Bu barədə AZƏRTAC-ın sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən cavabda bildirilib.
Qeyd olunub ki, ölkəyə repatriasiya edilən Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin təmin olunması və onların cəmiyyətə reinteqrasiyasına dəstək göstərilməsi məqsədilə agentlik tərəfindən iş aparılır. Repatriasiya edilmiş vətəndaşlar ilkin mərhələdə SXA-nın müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilir: “Repatriantlar burada ilkin sosial reabilitasiya xidməti aldıqdan sonra ailələrinə yerləşdirilirlər. Şəxslərin cəmiyyətə reinteqrasiyası və fərdi ehtiyaclarına uyğun sosial reabilitasiyanın təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Bu çərçivədə ailələrə səfərlər edilir, onların sosial-psixoloji vəziyyəti qiymətləndirilir və fərdi inkişaf planı hazırlanır. Sosial işçilər ailələrlə mütəmadi əlaqə saxlayır və onların mövcud problemlərinin həlli istiqamətində dəstək göstərirlər. Repatriantlar sosial-hüquqi, sosial-psixoloji, sosial-pedaqoji və sosial-məsləhət xidmətləri ilə əhatə olunurlar”.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










