
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Albaniya Respublikasının Prezidenti Bayram Beqayın iyulun 7-də rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Albaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqayı qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Albaniya Prezidentinə raport verdi.
Prezident Bayram Beqay Azərbaycan əsgərlərini salamladı.
Azərbaycan və Albaniya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Albaniya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.
Azərbaycan nümayəndə heyəti Albaniya Prezidentinə, Albaniya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Albaniya Prezidenti Bayram Beqayın qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
















Xocalı, Ağdərə və Cəbrayılın bir sıra kəndlərinə köç karvanı yola salınıb
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub











