
Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma prosesi, xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi Ermənistan hakimiyyətinin siyasətinin dalana dirəndiyinin göstəricisidir.
Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Analitika Mərkəzinin rəhbəri, ekspert Aleksandr Oxrimenko söyləyib.
Ekspert deyib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində süni məskunlaşma aparması beynəlxalq hüququn prinsiplərinə ziddir və təxribatdır. Bu, həmin torpaqlarda yaşayan əvvəlki sakinlərlə sonradan köçürülən insanlar arasında qarşıdurma yarada bilər. Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycan vətəndaşlarının əmlak hüquqları qüvvədədir. Bu siyasət münaqişənin dərinləşməsinə şərait yarada bilər.
Ekspert hesab edir ki, Ermənistanın bu siyasəti onun BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamənin tələblərini yerinə yetirmək fikrindən uzaq olduğunu göstərir. Beynəlxalq birlik bu məsələyə ciddi fikir verməlidir. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməlidir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu prinsipial mövqeyini ortalığa qoymalıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
















Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb











