
Ali təhsil müəssisələrinə I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatır.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər bu gün 23:59-dək şəxsi kabineti vasitəsilə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
Mayın 6-sı saat 09:00-a olan məlumata görə, I ixtisas qrupu üzrə 29230, II qrup üzrə 23163, III qrup üzrə 24499, IV qrup üzrə isə 5804 abituriyent elektron ərizəsini təsdiq edib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










