
Biz Qarabağın demək olar hər yerini gəzdik. Hazırda yolların bərpa edilməsi əsas məsələdir. Qarabağda bir çox infrastruktur layihələri uğurla həyata keçirilir. Ancaq turistlərin asanlıqla gələ bilməsi, əlçatanlılıq üçün yolların tikintisi mütləqdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri dünya səyyahlarının Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərlərinin yekunlarına dair mətbuat konfransında amerikalı səyyah, MTP qrupunun rəhbəri Çarlz Villi söyləyib.
“Biz bitərəfliliyimizi qorumalıyıq. Qarabağda gördüklərimizi öz ölkəmizin ictimaiyyətinə çatdıracağıq. Gələcəkdə də bu ərazilərə gəlmək istəyərik”, – deyə Çarlz Villi bildirib.
O, Qarabağda yenidənqurma işlərinin çox sürətlə davam etdiyini, ötən ilin sentyabrında Füzulidə beynəlxalq hava limanının inşa olunduğunu diqqətə çatdırıb. Çarlz Villi Laçında hava limanının inşa edilməsinin onu yaxşı mənada təəccübləndirdiyini vurğulayıb. O, həmçinin Zəngilandakı “ağıllı kənd” layihəsindən danışıb.
Digər səyyah Mete Mikkelsen isə Azərbaycanda qonaqpərvərliklə qarşılandıqlarını bildirib. O, bu torpaqlara yenidən səyahət edəcəyini, bundan sonra da oradakı inkişafı, sülh proseslərini izləyəcəyini vurğulayıb.
















Cəbrayıl rayonuna növbəti köç karvanları yola salınıb
“Polis Günü”nə həsr olunan fləşmob keçirilib
Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ursula Fon der Lyayenin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər











