
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndə heyəti ilə görüş keçirib.
ANAMA-dan AZƏRTAC-a verilən məlumata görə, görüşdə qonaqlara ölkəmizin üzləşdiyi mina problemi və həmin problemin aradan qaldırılması sahəsində həyata keçirilən tədbirlər barədə geniş təqdimat edilib.
Görüş zamanı Avropa İttifaqının ölkəmizdə icra edilən mina təhlükəsi ilə mübarizə fəaliyyətinə dəstəyi, yeni əməkdaşlıq təşəbbüsləri, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Mariyana Kuyundziç də iştirak edib.
















Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib










