
Ankarada keçirilən 12-ci Beynəlxalq Müasir İncəsənət sərgisində “Saküder” rəsm qalereyasının ekspozisiyası çərçivəsində dünyanın müxtəlif ölkələrinin, o cümlədən Azərbaycan rəssamlarının əsərləri təqdim olunub.
“Saküder”in nümayəndəsi, rəssam Günəş Abbas AZƏRTAC-a bildirib ki, Ankaradakı “ATO Congresium” mərkəzində “Saküder” stendinin açılışında rəssamlar və incəsənət həvəskarları ilə yanaşı, Azərbaycan və Rumıniya səfirliklərinin nümayəndələri də iştirak ediblər.
“İncəsənətsevərlərə tanınmış rəssamların əsərləri təqdim olunub. Onların arasında əsərləri Nyu-York, London, Paris və Bakı muzeylərinin fondlarında saxlanılan, Türkiyənin müxtəlif muzeylərində nümayiş etdirilən Azərbaycanın Xalq rəssamı Arif Hüseynovun tabloları da var”, – deyə G.Abbas bildirib. O qeyd edib ki, aprelin 10-da Arif Hüseynovun rəsm əsərlərindən birinin Ankaradakı Rəsm və Heykəltəraşlıq Muzeyinə təqdim olunması nəzərdə tutulur.
Onun sözlərinə görə, sərgidə həmçinin Ankaranın qonaqları və sakinlərinin diqqətinə Sirus Mirzəzadə, Fikrət İbrahimli, Aynur Dündar, Coşkun Özçakır, Pınar Yükselir, Mehtap Tarakçı Sönmez, Gülcan Eroğlu və digər rəssamların əsərləri təqdim olunub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










