
Antalya Diplomatiya Forumu çərçivəsində əsas müzakirə olunan mövzular arasında “Dəyişən dünyada regional sahiblənmənin rolu” başlığı yer alıb.
AZƏRTAC xəbər verir ki, iclasda Konqo Demokratik Respublikasının Prezidenti Felix Antoine Tshisekedi Tshilombo, Afrika Birliyinin Dövrü sədri və Burundi Prezidenti Evariste Ndayişimiye, Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz, Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və El Salvador Respublikasının Vitse-prezidenti Felix Ulloa Jr. Duro Macutun mövzu ilə bağlı fikirləri dinlənilib.
İclasda qlobal idarəetmə strukturunun getdikcə daha çox qütbləşdiyi və parçalandığı bir dövrdə qeyri-müəyyənliklərin idarə olunmasının innovativ və gələcəyə yönələn yanaşmaları zəruri etdiyi bildirilib. Bu kontekstdə regional sahibliyin ortaq çağırışların həllində əsas hərəkətverici qüvvələrdən biri kimi getdikcə daha çox əhəmiyyət qazandığı vurğulanıb.
Bildirilib ki, münaqişələrin idarə olunmasından iqtisadi əlaqəliliyin gücləndirilməsinə qədər geniş bir sahədə regional platformalar, qlobal mexanizmlərin yetərsiz qaldığı hallarda daha praktik və kontekstə uyğun həllər təqdim edə bilir.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
Fotoqraf – Nicat Haşımov
















Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb
WUF13-ün rəsmi bağlanış mərasimi keçirilir
Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib










