
Fransa və Almaniyanın birgə televiziya kanalı olan ARTE “Qarabağa dönüş” adlı reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı uşaqların Dövlət Himnimizi oxuması ilə başlayan reportajda şəhər sakinlərinin Qələbəni böyük sevinclə qeyd etdiyi bildirilir.
Vurğulanır ki, Azərbaycanın qazandığı Qələbənin sevincini yaşayanlar arasında 27 il əvvəl erməni silahlı qüvvələri tərəfindən doğma yurdlarından didərgin salınmış Füzuli sakinləri də var.
Rayonlarının azad olunduğunu eşidən füzulililər sevinclərini sözlə ifadə edə bilmədiklərini, bu günün onların həyatında ən xoşbəxt gün olduğunu deyirlər. Qeyd edirlər ki, 27 ildir paytaxt Bakıda yaşamaqlarına baxmayaraq, onların ürəyi həmişə Füzuli ilə döyünüb.
Telekanalın jurnalistləri Füzulidən olan ailənin qonağı da olurlar. Söhbət zamanı ailənin üzvü Qarabağa, doğma evlərinə qayıtmağı gözlədiklərini bildirib. Əminliklə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Füzulidə bütün infrastruktur bərpa olunacaq. Diqqətə çatdırılıb ki, həyatının ən gözəl günlərini məhz Füzulidə keçib.
Reportajda işğaldan azad olan Füzulinin 27 il ərzində xarabalığa çevrildiyi, orada evlərin, eləcə də bütün infrastrukturun dağıdıldığı göstərilib.
Qeyd edək ki, Avropa Televiziya Assosiasiyası – ARTE televiziya kanalı Fransa və Almaniyanın birgə hazırladığı ictimai kanaldır və 1992-ci ildən fəaliyyət göstərir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









