Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası “Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” adlı layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində il ərzində tədris semestri nəzərə alınmaqla müxtəlif universitetlərdə debatlar təşkil edilməsi nəzərdə tutulur.
Bu qəbildən ilk debat martın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilib. ADPU-nun “Heydər Əliyev lektoriyası”nda təşkil olunan tədbiri giriş sözü ilə layihənin rəhbəri İradə Yaqubova açıb. ADPU-nun müxtəlif fakültələrinin tələbələrinin, müəllim və professorlarının iştirakı ilə təşkil olunan debatın moderatoru Orxan Cəfərov idi. Tədbirdə “Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlığında problemlər: fərdlər və cəmiyyət prizmasında” mövzusu müzakirə olunub. Tələbələrin yüksək fəallığı ilə keçən debatda Azərbaycanda pedaqoji kadrların hazırlanması, müəllim peşəsinə münasibət, gənclərin seçiminə ailənin təsiri, müəllim və şagird, müəllim və tələbə münasibətləri, xarici təcrübə mövzuları müzakirə olunub.
Tədbirin sonunda ADPU-nun dekanı, əməkdar elm xadimi, professor, Fərrux Rüstəmov, ibtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri Yaqut Rzayeva, AVCİYA-nın eksperti Şahin Camalov və layihənin rəhbəri İradə Yaqubova müzakirələr zamanı qaldırılan problemlərə dair fikirlərini bildirib və tələbələrə arzu və tövsiyələrini çatdırıblar.
1905.az


























Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









