Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumun 3000 müşahidəçi ilə monitorinqini təşkil edəcək. AVCİYA Seçki Qərargahı digər işlərlə yanaşı, respublikanın 17 rayonunda, Şirvan, Hacıqabul, Sabirabad, Zaqatala, Balakən, Qax, Gəncə, Göygöl, Daşkəsən, Bərdə,Tərtər, Goranboy, Quba, Şabran, Biləsüvar, Lənkəran və Cəlilabadda müşahidəçilərin maarifləndirilməsi ilə bağlı seminarlar keçirib. Assosiasiya Cəlilabad rayonundakı seminarla regionlardakı tədbirlərə yekun vurub. Cənub bölgəsinə daxil olan rayonlardakı seminarlarda “İnsan hüquqları XXI əsr-Azərbaycan Fondu”nun prezidenti Şahin Camalov, digər regionlarda isə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı müşahidəçilər qarşısında çıxışlar ediblər.
AVCİYA Seçki Qərargahı növbəti tədbirlərini gələn həftə Bakı, Sumqayıt, Abşeron müşahidəçiləri üçün “Ambassador” otelində keçirməyi planlaşdırır.
Assosiasiya 26 avqust 2016-cı il tarixdə Referendumla bağlı uzunmüddətli müşahidənin ilkin hesabatını ictimaiyyətə təqdim edib. Assosiasiya həmçinin Referendumda Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələrlə bağlı qərb ölkələrinin təcrübəsinə istinadən müqayisəli təhlil və müşahidəçilər üçün yaddaş kitabçaları da nəşr edib.
















Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
Xocavənddə taxıl sahələri 8773 hektar artıb
Şuşa və Xocavəndə növbəti köç karvanları yola salınıb











